İSTEHSAL | UNIMETAL

İSTEHSAL

RƏNGLİ RULON VƏ DAM ÖRTÜKLƏRİ ZAVODU
SUMQAYIT POLAD PƏSTAH İSTEHSALI ZAVODU
POLAD BORU VƏ PROFİL İSTEHSALI ZAVODU
YAYMA İSTEHSAL ZAVODU
QALVANİZ METAL LÖVHƏLƏR EMALI ZAVODU
İstehsal həcmi 50.000 T
Materialın qalınlığı 0.18mm- 0.80 mm
Genişlik 600 mm - 1250 mm
Bobin daxili diametri 508 mm - 610 mm
Maksimum rulon çəkisi 10 T
Unimetal MMC Azərbaycanda polimer örtüklü dəmirin ilk istehsalçısıdır. İstehsal xəttini dizaynını, avadanlıq təminatını və quraşdırılmasını 75 illik təcrübəyə sahib Avstraliyanın "Bronx İnternational" şirkəti həyata keçirmişdir. Xəttin işə salınması 2018-ci ilin fevral ayında reallaşdırılmışdır. İstehsal xəttində boyanın polimerləşməsi üçün ən müasir sobalar və "Bronx İnternational" şirkətinin son innovasiyası olan çox keçidli son qat vurucusu quraşdırılmışdır ki, bu da müxtəlif rəngli sifarişlərin operativ istehsalına imkan verir. Bu xətt müxtəlif tip örtüklərlə: poliester parlaq, poliester matt, poliester rifli, poliuretan və PVDF ilə iş üçün nəzərdə tutulub.
Unimetalın 2022-ci ilin 3 iyun tarixində rəsmi açılışı baş tutmuş Polad Pəstah istehsalı zavodu Sumqayıt şəhərində yerləşir. Zavodun istifadəyə verilməsində başlıca məqsəd xarici ölkələrdən olan xammal asılılığını azatlmaq və ölkəmizin metal bazarında pəstah əskikliyini minimuma endirmək olmuşdur.
Unimetalın polad boru və profil zavodunun məhsulları respublikamızın bir çox regionlarında o cümlədən Bakı və ətrafı rayonlarda tikinti sektorunda əminliklə istifadə olunur. Burada məhsulların ərsəyə gəlməsi üçün istifadə olunan dəzgah və avadanlıqlar peşəkar heyyət tərəfindən idarə olunur. Boru və Profil zavodu metal bazarında öz məhsulları ilə uzun illərdir keyfiyyət kodeksi ilə tanınır və təmsil olunur.
Unimetalın Yayma istehsal zavodunda istehsal olunmuş məhsullar uzun illərdir respublikamızın regionlarında və Bakı şəhərində bir çox tikinti obyektlərində istifadə olunmuşdur. Həmçinin yenicə işğaldan azad olunmuş Qarabağımızın dirçəlməsində də Unimetalın rolu vardır. Zavodumuzun əsas uğurlarından biri də burada yerləşən və keyfiyyətli məhsulların ərsəyə gəlməsində birbaşa pay sahibi olan müasir avadanlıqlarımıza ən peşəkar komandamızın rəhbərlik etməsidir. Unimetalın A500C markalı armaturları beynəlxalq EN (Avropa) və QOST (MDB ölkələri ) sertifikatlarına malikdir.
Qalvaniz metal lövhələr emalı zavodu rəngli olmayan metal lövhələrin və metal aksesuarların istehsal yeridir. Beləki burada istehsal olunan materiallar tamamilə keyfiyyətli xammaldan hazırlanmış məhsullar sayılır.
App logo

Unimetal: Dam kalkulyatoru

Deirvlon Inc.
★★★★★

Azərbaycanın ilk dam kalkulyatoru!

↓Yüklə