UNIMETAL | Ana səhifə
1
2
3
<
>
UNİMETAL MMC-NİN RƏSMİ VEB SƏHİFƏSİNƏ XOŞ GƏLMİSİNİZ!
ƏSL METALIN ÜNVANI
HƏR ÖLÇÜDƏ METAL

Dam örtükləri haqqında bilməyiniz gərəkən hər şeyi peşəkarlardan soruşun!

Unimetal rəngli dəmir dam örtüyü almaq istəyən istehlakçılara və partnyorlara dam örtükləri haqqında bütün texniki və faydalı məlumatları verməyi özünə borc bilir. Biz daim istehsalımızın keyfiyyəti və səmərəliliyi, eyni zamanda müştəri məmnuniyyəti haqqında düşünürük. Elə bu səbəbdəndir ki, Unimetal olaraq bizdən alınan hər bir dam örtüyü məhsuluna 10 il dekorativ keyfiyyət və 20 il ümumi istifadə zəmanəti veririk.

Məhsullar

Biz əslində keyfiyyət satırıq!

20+ illik fəaliyyət təcrübəsi ilə Unimetal hər zaman Sizin üçün ən yaxşını təklif edir. Bizim uğurumuzun əsasında dayanan amillərdən biri də bütün müştərilərə individual yanaşma nümayiş etdirməklə, onların tələblərinə cavab verən etibarlı və güvənilən partnyor rolunu oynamaqdır. Bu yanaşma Unimetalı öz profilində ön qabaqcıl şirkət və etibarlı tərəfdaşa çevirib. İnnovativ yanaşma, dəqiq planlama, peşəkar heyət və yüksək istehsal gücü sayəsində Unimetal ildən-ilə fəaliyyət arealını və məhsul çeşidini genişləndirməkdədir.

Azərbaycanda və Qafqazda İlk və Tək Rəngli Dəmir Rulon İstehsalı Zavodu

Unimetal MMC olaraq həmçinin biz ölkəmizin ilk və tək polimer örtüklü dəmir rulonlar istehsal edən müəssisəyik. Bizim ən müasir texnologiya ilə qurulan istehsal xəttini yalnız yerli mütəxəsislər ilə idarə edə bilən peşəkar komandamız var. Müştərilərimizin xarici xammaldan asılılığını tam aradan qaldıraraq ölkə daxilində innovativ layihələrə investisiya edirik. Bununla da biz son istifadəçilərə ən keyfiyyətli, ən uyğun qiymətə və ən operativ şəkildə məhsulu təqdim edən istehsal müəssisəsiyik.

Xəbərlər və Yeniliklər

Xəbərlər və Yeniliklər

"Unimetal"Unimetal ilə bağlı ən son yenilikləri bu bölmədən tapa bilərsiniz.

Məsuliyyət
Effektivlik
İnteqrasiya
Operativlik
Sadəlik
İnnovativlik

Əsl Metalın Ünvanı

Bizim şüarımız hər zaman istehlakçılarımıza keyfiyyətin doğru ünvanını və insanlara keyfiyyətli məhsulu harada tapa biləcəklərini göstərməkdir. Əminliklə deyə bilərik ki, Unimetal öz məhsullarında ən son keyfiyyət göstəriciləri və ən müasir avadanlıqlarla peşəkar komanda ilə fəaliyyət göstərən bir qurumdur.

UNİMETAL MMC-nin SAĞLAMLIQ, ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SİYASƏTİ

“UNİMETAL” MMC-nin rəhbərliyi bəyan edir ki, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) qaydalarının tətbiq olunması bizim dəyərlərimizdən biridir və iş fəaliyyətimizin ayrılmaz tərkib hissəsidir.
    SƏTƏM siyasətini tətbiq etməkdə əsas məqsədimiz Azərbaycan Respublikasıın qanunvericiliyinə, normativ-texniki tələblərə və qəbul edilən beynəlxalq aktlara əməl etməklə insanların sağlamlığına, əmlaka və ətraf mühitə zərər vurmadan təhlükəsiz iş mühiti yaratmaq və bütün fəaliyyət istiqamətlərimiz üzrə bədbəxt hadisələrin və onlardan zərər çəkənlərin sayını sıfıra bərabər etməkdir.
  • Azərbaycan Respublikasıın qanunvericiliyinin, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktların, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət ediləcək;
  • Azərbaycan Resupublikasının əmək qanunvericiliyin əsasında yaradılmış sağlamlığın qorunması və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də ekoloji idarəetmə sistemlərinin rəhbərlik tərəfindən dəstəklənməsi və daima təkmilləşdirilməsi üçün müvafiq işlər görüləcək;
  • Müəssisəmizdə çalışan bütün işçilərin əməyin mühafizəsi və ətraf mühitin mühafizəsi tələbləri ilə bağlı maarifləndirilməsi, məsuliyyətin bütün işçilər tərəfindən mənimsənilməsi təmin ediləcək;
  • Risk və imkanlar müəyyənləşdirilərək, qiymətləndiriləcək və onlara qarşı tədbirlər planının hazırlanması təmin ediləcək;
  • İdarəetmə və texniki qərarların qəbulu zamanı insanların təhlükəsizliyinə, sağlamlığına və ətraf mühitə zərər verə biləcək bütün təhlükələrin, ekoloji çirklənmələrin, təbii ehtiyatlardan düzgün istifadə etməklə atmosferə, suya və torpağa çirkləndirici maddələrin qarşısı alınacaq;
  • Baş vermiş bütün növ hadisələrin əsas (təməl-kök) səbəbləri araşdırılacaq və gələcəkdə baş verməməsi üçün düzənləyici tədbirlər görüləcək;
  • Bütün qəza-xilasetmə, yanğınsöndürmə və təhlükəsizlik baxımından son dərəcə vacib olan avadanlıqların müntəzəm monitorinqini və təftişini aparacaq və bütün belə avadanlıqların istehsalçı təlimatlarına uyğun olaraq istismar olunması təmin ediləcək;

SƏTƏM üzrə tələblər şirkətin ərazisində və iş sahəsində həmçinin kənar şirkətin ərazisi və iş sahələrində vəzifələrini yerinə yetirən bütün əməkdaşlara şamil olunur.

Məqsədimiz qəzaya, insanların zədələnməsinə səbəb olmayan və ətraf mühitə zərər vurmayan sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqdır.

Əsas Partnyorlarımız