UNIMETAL | Məhsullar

Məhsullar

Adamante

Estetik Görkəm!

Adamante cənubi avropa ölkələrinin əvəzolunmaz və estetik cəhətdən ən çox maraq cəlb edən məhsuludur. Bu məhsulu Unimetal olaraq Azərbaycan istehlakçısına yerli iqlim şərtlərini nəzərə alaraq istehsal edirik və onu sizə güvənlə çatdırırıq. 10 il dekorativ keyfiyyətinə və həmçinin 20 il korreziyaya qarşı davamlılıq qarantiyası ilə bu məhsulu sadəcə Unimetaldan əldə edə bilərsiniz. Metal kirəmitin eni: 1200 mm Montajdan sonra qalan en: 1100 mm Profilin hündürlüyü: 20 mm Dalğa uzunluğu: 350 - 400 mm Qalınlığı: 0,37 - 0,60 mm

Monterey

Dəmir Krəmit!

İlk baxışdan təbii kirəmiti xatırladan Monterrey dam örtükləri keçmiş ilə gələcəyi birləşdirən ecazkar görüntü bəxş edir. Monterrey formasının xüsusiyyəti onun profilinin həndəsəsindədir ki, gildən hazırlanmış natural dam örtüyünü xatırladır. Premium sinfə daxil olan bu dam örtükləri ilə eviniz tam güvən altındadır. Metal kirəmitin eni: 1200 mm Montajdan sonra qalan en: 1100 mm Profilin hündürlüyü: 14 - 24 mm Dalğa uzunluğu: 350 mm Qalınlığı: 0,22 - 0,60 mm

Runoprofil

Müasir Dizayn!

Runoprofil dam örtükləri düz və geniş dalğalara sahib olmaqla yanaşı, müasir dizaynla seçilir. Zərif və elit görünüşə malik olaraq, müxtəlif üslublu tikililərdə istifadə olunur. Runoprofil dam örtüyü formasının sadəliyi ilə müasir Avropa kənd evlərini xatırladır. Metal kirəmitin eni: 1200 mm Montajdan sonra qalan en: 1100 mm Profilin hündürlüyü: 20 mm Dalğa uzunluğu: 350 - 400 mm Qalınlığı: 0,37 - 0,60 mm

Profnastil P20

Sərfəli Məhsul!

Profnastil P 20 məhsulu ölkəmizdə qeyri yaşayış obyektlərin dam örtüklərində, bağ evlərinin həyətlərinin hasarlanmasında və bir çox sahələrdə istifadə olunur. Profnastilin eni: 1140 mm Profilin hündürlüyü: 20 mm Qalınlığı: 0,17 - 0,70 mm Profnastilin eni: 970 mm Profilin hündürlüyü: 45 mm Qalınlığı: 0,25 - 0,80 mm

Profnastil P 45

Dərin Dalğalar!

Profnastil P 20 dən fərqli olaraq P 45 modeli daha dərin dalğalara malikdir. Bu model xüsusilə evlərin görünüşünə özəl bir abu-hava qatır. Bütün dam örtüyü məhsullarımıza olduğu kimi P45 modelimizə də 10 il dekorativ və 20 il korreziyaya qarşı davamlılıq qarantiyası veririk.

Dalğalı Profil

Klassik Dəmir Dam Örtüyü

Dalğalı profillər geniş istifadə olunan profil növlərindən biridir. Quraşdırılması asan olmaqla yanaşı, görüntü cəhətdən də göz oxşayan özəlliyə sahibdir. Profnastilin eni: 1120mm Profilin hündürlüyü: 2.20 və limitsiz olaraq uzunluqda Qalınlığı: 0.22- 0.70 mm

Europanel

Estetik Hasar

Həyət evlərinə xüsusi gözəllik qatan Europanel hasarları hər zövqə uyğun(düz və dalğalı) dizayn olunur və çox asan şəkildə quraşdırılır. Müxtəlif rəngli dəmir rulonlardan hazırlanan bu məhsul olduqca yüngül çəkiyə malikdir. Material qalınlığı Maksimum - 0.53 mm Minimum - 0.30 mm Hündürlük Maksimum - 6 m Minimum - 40 sm Eni – 13.5 mm

Polimer örtüklü dəmir rulonlar

Poliester parlaq

Sendviç panel, məişət texnikası, ventilyasiya sistemləri, polad tavanlar və fasad materialları hazırlanmasında istifadə olunan bu məhsulu Unimetal zəmanəti ilə əldə edin.

Polimer örtüklü dəmir rulonlar

Poliester Matt/Rifli

Əsasən dam örtükləri, hasarlamalar və fasad materialları hazırlanmasında istifadə olunur.

Armatur

A500C Armaturları

A500C armaturları keyfiyyət və dayanıqlılıq baxımından tikintinin əvəzedilməz məhsulu statusunu əldə etmişdir. İstehsal prosesi tamamilə avtomatlaşdırılmış və yüksək təhlükəsizlik şəraitində həyata keçirilir. İstehsal prossesinin peşəkar mühəndislər və texnoloqların nəzarəti ilə, qəbul olunmuş standartlarda həyata keçirilməsinin nəticəsi olaraq bu müəssisədə istehsal olunan A500C armatur bütün növ tunel, körpü, çoxmərtəbəli binalar və həmçinin bir çox tikiniti sahəsində güvənlə istifadə olunur. Növü: (A500C) Diametri: 12.0 - 32.0 mm

Polad borular

Unimetal zavodunun istehsal etdiyi borular dözümlü və uzunmüddətli istifadəyə tam yararlı olurlar. Borular şirkətimizin daxilində olan laboratoriyada xüsusi təhlükəsizlik testindən keçirilir və daha sonra satış nöqtəsinə aparılır. Metal markası: Cт 1-3 Diametr: 15 - 159 mm Divar qalınlığı: 0.8 - 5 mm

Polad Profillər

Polad profillər tikintinin ən lazımlı məhsullarından biridir. Böyük ölçülü polad profillərin ünvanı Unimetal-dır! Ölçülər: 200x200x6 mm 200x200x5 mm 140x140x4 mm 150x100x4 mm 150x150x4 mm Qalınlıq: 0.8 mm - 5 mm

Polad İkitavr

Tikilinin dayağı!

Peşəkar ustaların hər zaman istehsal etdiyimiz ikitavrları seçmələri təsadüfi deyil. Çünki bizim keyfiyyətli məhsullar xüsusi dözümlülük testlərindən keçdikdən sonra satışa buraxılırlar. Metal markası: Cт3сп Ölçü: 65-450 mm

Şveller

Tikinti sahəsi üçün dayanıqlı şvellerə hər zaman ehtiyac duyulur. Tam keyfiyyətli və ГОСТ standartlarına cavab verən məhsulu isə Uninetal-dan almaq mümkündür. Metal markası: Cт3сп Diametr: 65,0 - 300,0 mm

Künclük

Unimetal məhsullarının ən böyük fərqi keyfiyyətidir. Tikinti layihələrində böyük tələbatı olan künclüklərin ən keyfiyyətlisi Unimetal-dadır. Metal markası: Cт3сп Ölçü: 40x40 st3 40x40 st4 50x50 st3 50x50 st4 50x50 st5 63x63 st3.5 63x63 st4

Polad Pəstah

Əsaslı Xammal!

Unimetal MMC-nin Sumqayıt şəhərində yerləşən "Polad Pəstah İstehsalı Zavodu"-nun 1 nömrəli məhsulu sayılan polad pəstahlar yerli istehsala güc verərək xarici xammaldan asılılığı azaltmağı hədəfləyib. Kimyəvi tərkib olaraq əsl metal hazırlamaq üçün nəzərədə tutulan polad pəstahları Unimetalın bir çox məhsullarının əsas xammalı sayılır.

Sinkli Rulonlar

Keyfiyyətli Xammal

Sinkli rulonlar bir çox sənayedə istifadə olunan məhsullardan biridir. Bu məhsullar əsas etibari ilə dam örtüklərinin, havalandırma sistemlərinin, maşınqayırma sənayesinin və həmçinin bir çox sənaye sahəsində istifadə olunur. Müxtəlif rəngli dam örtüyü materialları və onların köməkçi elementləri, fasad profilləri, sendviç panellər, polad tavanlar, ventilyasiya sistemləri və məişət texnikası istehsal edən şirkətlər bizdən rulon şəklində boyalı dəmirləri istehlak edə bilərlər. Metal markası: DX51D Ümumi qalınlığı: 0.20 - 0.28 mm Eni: 900 - 1250 mm

Katanka

İncə metal

Tikilinin əsas parçalarından sayılan və yüksək keyfiyyətə malik olan katankanı istənilən ölçüdə zavodumuzdan əldə edə bilərsiniz. Metal markası: Cт1-3сп, Ст1кп Diametri: 4,5 - 8,0 mm

Polad Naxışlı Lövhələr

Unimetal polad lövhələri həmişə öz keyfiyyəti, dayanıqlığı və paslanmamağı ilə seçilmişdirlər. Xüsusilə tikinti sahəsində istifadə edilir və tam şəkildə ГОСТ standartlarına cavab verir. Metal markası: Cт3сп Qalınlıq: 1,3 – 2,5 mm Eni: 1000 - 1250,0 mm

Soyuq Yayılmış Polad Lövhələr

Soyuq Metal

Soyuq yayılmış metal lövhələr Unimetal MMC nin əsas tədarükünü etdiyi məhsullardan biridir. Bu xammalı Unimetaldan əldə edə biləriniz.

İsti Yayılmış Polad Lövhələr

İsti metal

İsti yayılmış metal məmulatlar Unimetalın xaricdən tədarük etdiyi və keyfiiyətinə tam əminliklə zəmanət verdiyi məhsuldur. Bu məhsulu dəmir tikinti sektorun əvəz edilməz məmulatı hesab etmək olar.

Sertifikatlar