UNIMETAL | Haqqımızda

Haqqımızda

Unimetal MMC

Regionda metal məmulatlarının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkətlərdən biridir.

Biz kimik?

Artıq 20 ildən çoxdur ki, Unimetal olaraq biz əsasən tikintidə istifadə olunan müxtəlif metal məmulatlarının əsas təadrükçüsüyük. Həmçinin bu məhsulların istehsalı sahəsində faəliyyət göstərən müxtəlif müəssisələri də özümüzdə birləşdiririk. Təminatını həyata keçirdiyimiz məhsullar tikinti sektoru ilə yanaşı, maşınqayırma, kənd təsərrüfatı, neft-qaz və digər sənaye sahələrində də istifadə olunmaqdadır. İstehsal kompleksimizdə ərsəyə gələn məhsullarımızı həm ölkəmizin regionlarında həm də Bakı şəhərində faəliyyət göstərən müştəri və partnyorlarımıza ən yüksək keyfiyyətdə və ən uyğun qiymətdə təminatını həyata keçiririk. Eyni zamanda istesahal etdiyimiz məhsullar geniş ixrac potensialına da malikdir.

Strategiya

Unimetal MMC-nin uzunmüddətli balanslaşdırılmış inkişaf strategiyası vardır. Strateji planların reallaşması üçün yeni məhsulların əldə olunması, daxili əməliyyat sisteminin yaxşılaşdırılması, korporativ və ixrac satışlarının artırılmasını hədəfləyən layihələrindən ibarət uzunmüddətli investisiya proqramı mövcuddur. Durmadan inkişaf edən dünyada şirkətin inkişafı üçün innovativ yanaşmaların olması çox vacibdir. İndiki dövrdə investisiya layihələrində, daxili proseslərin idarə olunmasında, maliyyə resurslarının planlaşdırılmasında, korporativ satışlarda, təminatçılarla və müştərilərlə işdə innovativ yanaşma uğurun əsas təminatıdır

Missiya və Gələcəyə baxış

Missiya- Unimetal olaraq əsas missiyamız müştərilərimizi və biznes tərəfdaşlarımızı onların ehtiyyaclarına uyğun keyfiyyətli metal məmulatları ilə təmin etməkdir. Bu missiyaya çatmaq üçün biz öz fəaliyyətlərimizdə daimi olaraq peşəkar həll yolları axtarışındayıq.

Gələcəyə baxış : Unimetal öz seqmentində innovativ və inqilabi yeniliklər etməklə tikinti ekosistemində lider olmaq niyyətindədir. Biz daim çalışırıq ki bizim indi gördüyümüz və gələcəkdə görəcəyimiz işlər ölkəmizin tikinti və digər bu kimi sənaye sahələrində öz izini qoysun.

Məsuliyyət
Effektivlik
İnteqrasiya
Operativlik
Sadəlik
İnnovativlik

Unimetal olaraq biz dərk edirik ki, Hər bir sahibkarlıq subyekti cəmiyyət və istehlakçısı qarşısında müəyyən olunmuş məsuliyyətə sahibdir. Bu səbəbdən biz istehsal zamanı ətraf mühitin və ekologiyanın mühafizəsinə xüsusi diqqət ayrır və bununla bağlı müxətlif zamanlarda mütəmadi Korperatov sosial məsuliyyət layihələri də həyata keçiririk.

Biz öz effektivliyimizi istehsal etdiyimiz məhsullara verdiyimiz zəmanətlər və siz dəyərli istehlakçılardan gələn geri dönüşlər əsasında ölçə bilirik. Bizim üçün istehsal gücümüzün səmərəli olması və istehlakçıya yönəlik bazar tələbi əsasında məhsul satışı etmək effektivlik dəyərimizin əsas hissəsidir.

Unimetal daim bazarda baş verən dəyişiklikləri izləyir və öz addımlarında keyfiyyətə , dəbə və istəyə uyğun harmoniya əsasında məhsulları bazara inteqrasiya edir. Biz öz məhsullarımızın hazırlanmasında xüsusi müasir qurğu və avadanlıqlardan istifadə edirik ki, ölkəmizin istehlakçısı və tərəfdaşlarımız bazar şərtlərinə tam uyğunlaşa bilsinlər.

Şirkətimizdə baş verən istehsal prosesləri ilə yanaşı məhsulların zamanında və gecikmədən müştərilərimizə çatdırılması operativliyimizin təminatıdır. Müasir dövrümüzün ən önəmli məvhumu olan zaman bizim üçün də önəmli olduğu kimi müştərilərimizin də ehtiyaclarını zamanında və düzgün şəkildə qarşılamaq ən önəmli dəyərlərimizdən biridir.

Bizim sadəlik strategiyamızda istehlakçını mürəkkəb prosedurlarla yormaq düşüncəsi əsla ola bilməz. Fəaliyyətimizdə şəffaflıq və əlçatanlıq prinsiplərindən istifadə etməklə Unimetal bazarda öz funksionallığını uzun illərdir davam etdirir.

Biz istər dam örtüklərinin istərsə də digər metal məmulatlarının istehsalında ən son texnologiyaların verdiyi üstünlüklərdən istifadə edirik. Bizə görə tikinti bazarında inqilabi yeniliklər etmək fərqli, innovativ və yenilikçi fikirlərdən keçir. Öz məhsulumuza dəyər qatarkən "innovativ məhsul" statusunu qorumaq bizim üçün başlıca prioritetdir